Bazar, 19 May

Əfqanıstanda güclü partlayış: Prezidentin sarayına bir neçə raket atıldı

image

Əfqanıstanın paytaxtı Kabildə prezident sarayına bir neçə raket atılıb.

Xəbər verilir ki, bu barədə “Sinxua” xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Əfqanıstan prezidenti Əşrəf Qani və digər yüksək vəzifəli şəxslərin də qatıldığı Qurban Bayramı namazı zamanı saraya raketlər atılıb.

Ölən və yaralananlar haqda məlumat verilmir. Raketlərin Prezident sarayı yaxınlığında partladığı deyilir.

Əfqanıstanın “1TV” kanalı da  sarayın yaxınlığında üç partlayışın eşidildiyini bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41