Cümə axşamı, 16 May

Putin Baydenə Əfqanıstan üzrə əlaqəli işləməyi təklif edib

image

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Bayden ilə Cenevrədəki görüşdə Əfqanıstanla əlaqəli hərəkətləri koordinasiya etmək təklifini irəli sürüb.əbər verir ki, bu barədə "Kommersant" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Rusiya liderinin Əfqanıstan ərazisindəki vəziyyətə nəzarət etmək üçün Tacikistan və Qırğızıstandakı hərbi bazalardan istifadə təşəbbüsü ilə çıxış etdiyi qeyd olunur. Moskva və Vaşinqtonun Rusiya bazalarındakı pilotsuz uçan aparatlardan (PUA) istifadə ilə bağlı məlumat mübadiləsi aparmalarının zəruriliyi vurğulanıb. ABŞ-ın başqa məqsədləri olmasa, bu təklifə razılıq verəcəyi ehtimal olunur, lakin hələ cavab yoxdur.

Hazırda Əfqanıstanda "Taliban"la hökumət qüvvələri arasında qarşıdurma davam edir. ABŞ və NATO-nun hərbi kontingentinin ölkədən çıxması fonunda gərginlik artmaqdadır.

Bundan əvvəl Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasını şərh edən Rusiyanın xarici İşlər naziri Sergey Lavrov Vaşinqtonun missiyasının uğursuz olduğunu söyləyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00