Cümə axşamı, 16 May

Prezidentə qarşı sui-qəsdin sifarişçisinin adı açıqlandı – Sirlər çözülür

image

Kolumbiya polisi Haiti Ədliyyə Nazirliyinin keçmiş rəsmisi Jozef Feliks Badionun Prezident Jovenel Moizin öldürülməsini əmr etdiyini açıqlayıb.

Xəbər verilir ki, açıqlamada sui-qəsddə hökumət adamlarının iştirakı iddiaları təkzib olunub.

Baş polis rəisi Xorxe Luis Varqas açıqlamasında saxlanılan şəxslərin Badio ilə görüşündə Jovenel Moizə sui-qəsd əmri aldıqlarını söyləyib.

Kolumbiya dövlət başçısı İvan Duke də dünən verdiyi açıqlamada saxlanılan kolumbiyalı keçmiş hərbçilərdən bəzilərinin Moizin öldürüləcəyini bilmədiklərini, bəzilərinin isə əvvəlcədən bildiklərini deyib.

Bundan əlavə, ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) mənbələrinə istinad edən Kolumbiyada yerləşən bir televiziya kanalı Moizin qətlinin arxasında müvəqqəti baş nazir Klod Jozefin olduğunu iddia edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58