Çərşənbə, 15 May

Mahir Emreli vacib qol vurdu, penaltini qaçırdı - Video

image

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa Superkubokunun oyununa çıxıb.

Xəbər verilir ki, Varşava təmsilçisi ötən mövsüm Polşa kubokunun qalibi olan "Rakuv"la qarşılaşıb.

Hesabı 10-cu dəqiqədə "Rakuv" açıb. Matçın 58-ci dəqiqəsində meydana daxil olan Mahir Emreli məğlub olmaq üzrə olan komandasının vacib qolunu vurub. O, 90+3-cü dəqiqədə hesabı bərabərləşdirib.

Nəticədə matç penaltilərə qədər uzanıb. Penaltilər seriyasında isə daha dəqiq oynayan "Rakov" (4-3) qalib gəlib.

"Legiya"dan penaltini dəqiqə yerinə yetirə bilməyənlərdən biri Mahir Emreli olub. Onun zərbəsi qapı dirəyinə dəyib.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00