Bazar ertəsi, 20 May

Daha bir təhlükə: Qanada quş qripi yayılıb

image

Qananın üç bölgəsində quş qripi yayılıb və nəticədə kənd təsərrüfatlarındakı 600 minədək quşa təhlükə yaradıb.

Xəbər verilir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı və Ərzaq Təchizatı Nazirliyinin Baytarlıq xidmətinin rəhbəri Patrik Abake məlumat verib.

O, epidemiya nəticəsində indiyədək 6 minə yaxın quşun tələf olduğunu, daha 4,5 min quşun da qabaqlayıcı tədbirlər çərçivəsində məhv edildiyini diqqətə çatdırıb.

Nazirlik rəsmisi həmçinin epidemiyanın yayıldığı bölgələr daxilində ev quşlarının daşınmasına qadağa qoyduqlarını, Nigeriya və Toqodan quş idxalını dayandırdıqlarını da vurğulayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41