Şənbə, 18 May

Makron Ermənistana səfər edəcək

image

Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə Ermənistana səfər edəcək.

Xəbər verilir ki, bu barədə baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Fransanın İrəvandakı səfiri Conatan Lakottla görüşdə bildirib.

Paşinyan deyib ki, bu səfər Ermənistan-Fransa əlaqələrinin inkişafına və möhkəmlənməsinə öz töhfəsini verəcək.

Fransalı diplomat Makronun Ermənistana səfərinin təşkili üçün fəal iş aparıldığını və bunun əməkdaşlığın inkişafında vacib bir təkan olacağını vurğulayıb. Onun sözlərinə görə, Fransa Ermənistanla enerji, yüksək texnologiyalar, sənaye, təhsil kimi sahələrdə əməkdaşlıqda maraqlıdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41