Bazar ertəsi, 29 Aprel

“Qazi toyuna pulsuz getdiyini deyənlər, utanmırsız?” – Flora Kərimova  

image

Xalq artisti Flora Kərimova qazi toyları ilə özlərini reklam edən müğənniləri tənqid edib.

Xəbər verilir ki, Xalq artisti sosial şəbəkədə "İnstagramda oxudum ki, müğənnilər qazi, şəhid ailələrinin xoş gününə gedirlər. Deyirlər ki, pulsuz getdim. Utanmırsınız? O, canından keçəndə soruşurdu nə qazanacam? Bunu dilə gətirmək olmaz", - deyə yazıb.

F. Kərimovanın fikirləri birmənalı qarşılanmayıb. Gənc müğənni Nüşabə Musayeva Flora Kərimovanın fikirlərinə münasibət bildirib:

"Flora Kərimova canlı korifey, sənətkarımızdır. Deyirsiniz ki, müğənnilər utanmırlar, reklam edirlər. Mənim burada qazancım nədir ki, reklam edim?! Nədən və niyə utanım ki?! Qısa-açıq geyim geyinənlərə niyə demirdiniz ki, ay bala, bunları yığışdırın?!"

N . Musayevanın sözləri Flora Kərimovanı qəzəbləndirib. O, “İnstagram” hesabında Nüşabə Musayevaya cavab verib:

"İnstagramda” nə sizin izləyicinizəm, nə də şəxsi tanışlığım olub. Sayğınıza görə isə çox sağ olun. Sadaladıqlarınız şəxslərə acığınız varsa, mənim buna nə aiddiyatım?! Ünvanladığınız sualınıza cavabım: "Özünüzün etiraf etdiklərinizə bənzər nəticə çıxarmayan insanlara çox illər öncə mən iradımı bildirmişdim.

Təəssüf ki, indiki halda təkrarlanan əməllərə görə, kiməsə nöqsan tutmağa nə səbrim, nə zamanım var. O ki qaldı “qazi-reklam” məsələsinə...Şəxsən sizə ünvanladığım bir iradıma niyə sahiblənirsiniz?! Sizi düşünsəydim, nömrənizi tapıb zəng edərdim. Əmin olun ki, adınızı efirdən çəkməkdən belə çəkinməzdim. Ümid edirəm, fikrimi yetərincə aydın çatdırdım. Ümumiyyətlə, deyilən fikirlərimdə özünüzü görərək nəticə çıxardır və səhvinizi düzəltməyə cəhd edirsizsə, bu, artıq sizin qazancınızdır. Uğurlar sizə..."

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42