Cümə, 26 Aprel

Kəmaləddin Heydərov vəzifədən gedir? - İddia

image

Kəmaləddin Fəttah oğlu Heydərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xəbər verilir ki, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında fövqəladə hallar orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Fövqəladə hallar nazirinin təltif edilməsi isə sosial şəbəkələrdə heç də birmənalı qarşılanmayıb. Bir sıra istifadəçilər son illərdə vəzifədən göndəriləcək məmurların önəmli fəxri adlarla və ordenlərlə mükafatlandırılmasına diqqət çəkiblər.

Onların fikrincə, Kəmaləddin Heydərovun son dövrlərdə adı çoxsaylı qalmaqallarda hallanıb. Bu da onun yaxın zamanda vəzifədən azad olunacağını deməyə əsas verir. Nazirin təltif olunması da baş verəcək dəyişikliyin elə də uzaq olmadığına işarədir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33