Bazar, 19 May

ABŞ-ın Türkiyədəki səfiri məlum olub-Bayden Ankaraya təcrübəli siyasətçi göndərir  

image

ABŞ prezidenti Co Bayden Arizona ştatından keçmiş senator Ceff Fleykin Türkiyədə səfir vəzifəsinə namizədliyini irəli sürüb.

Xəbər verilir ki, bu barədə həm keçmiş senatorun özünün, həm də Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Ceff Fleyk ABŞ-Türkiyə münasibətlərinin strateji əhəmiyyət daşıdığını qeyd edib. O, hazırda hər iki ölkənin mühüm zamandan keçdiklərini xüsusilə vurğulayıb.

ABŞ Senatının sabiq üzvü 2013-2019-cu illərdə doğma ştatı Arizonanı Konqresin yuxarı palatasında təmsil edib. Bundan öncə o, 2001-2013-cü illərdə Nümayəndələr palatasının üzvü olub. Türkiyədə səfir olmaq üçün C.Fleyk Senat üzvlərinin, yəni keçmiş həmkarlarının dəstəyini almalıdır.

Maraqlıdır ki, Ceff Fleyk respublikaçı siyasətçi sayılsa da həmişə sabiq prezident Donald Trampa müxalifətdə olub. Son prezident seçkilərində isə o, demokrat Co Baydeni dəstəkləyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41