Çərşənbə, 15 May

Səudiyyə şəhzadəsinin iyrənc əməlləri - Qulluqçuları aç saxlayıb,...

image

Səudiyyə Ərəbistanı şahzadəsi Feysəl bin Türki bin Abdullah Əl-Səud ev qulluqçularına kölə kimi davranmaqda, onları hər cür əziyyət verməkdə, maaşlarını və yeməklərini kəsməkdə, hətta uşaqlarına bu adamlarla heyvan kimi davranmağa icazə verməkdə suçlanır.

Xəbər verilir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Bununla bağlı araşdırma Fransada başlayıb. Bu yaxınlarda, 7 filippinli dayə və təmizləyici qadınlar polisə şikayətlə müraciət ediblər. Onlar səudiyyəli şahzadənin və onun xanımının həmişə onları aşağıladığını, aclığa məhkum etdiklərini və yatmağa qoymadıqlarını söyləyiblər. Üstəlik, bu qadınlara müqavilədə daha çox məbləğ nəzərdə tutulmasına rəğmən ayda cəmi 300 avro pul ödəyiblər.

Dayələrdən biri şahzadənin öz uşaqlarına onların üzlərinə tüpürməyə icazə verdiyini bildirib. Uşaqlardan birinin ağlaması halında dayələr fiziki cəzaya məruz qalırmış.

Filippinli qadınlardan biri şahzadə və arvadı gecə saat 3-ə qədər yatmayanca onlara da istirahət verilmədiyini söyləyib. Dayələr 4 uşağa baxmaq üçün saat 7-də oyandıqlarından yatmaq üçün cəmi 3-4 saat vaxtları olub.

Ev qulluqçuları Əl-Səud və ailəsinin yediklərinin qalıqları ilə bəslənirmişlər. Lakin burda da onları rahat qoymayan şahzadə çox zaman qadınların ac qalmasına səbəb olurmuş.

Fransa polisi bəhs olunan hadisələrin 2013-2015-ci il aralığında baş verdiyini təsbit edib. Fransız qanunvericiliyinə görə, kölə əməyinə məcbur etmək ölkədə 10 illik həbslə cəzalandırılır. Lakin səudiyyəli şahzadə diplomatik toxunulmazlığa malik olduğu üçün ona və ailəsinə qarşı hər hansı tədbir görülməyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00