Cümə, 17 May

Cəlilabada məktəb ərazisi satışa çıxarıldı - Saxta sənədləşdirmə iddiaları - FOTO

image

Cəlilabad rayonunda ümumtəhsil müəssisəsinin idman meydançası satışa çıxarılıb. 

Bu barədə satışa çıxarılan stadionun yerləşdiyi Babalı kəndinin sakinləri məlumat veriblər. 

Bildirilib ki, 2006-cı ildən Babalı kənd tam orta məktəbi üçün ayrılmış idman meydançası hazırda satılır. 

Qeyd olunub ki, əvvəllər ərazisi daha geniş olan stadionun bir hissəsi müəyyən zamanlarda satılıb və hazırda təhsil müəssisəsinin həyətində yerləşən stadionin ərazisi 0,22 ha-dır. 

Amma buna baxmayaraq, məktəbin həyəti naməlum vəzifəli şəxslər tərəfindən satışa çıxarılıb. Məlumatda bildirilir ki, artıq həmin ərazinin məktəbin balansından çıxarılması üçün saxta yolla qeyri-qanuni sənədləşdirmə işləri həyata keçirilib. Beləliklə, saxta sənəd əsasında məktəbin stadionunun kənd bələdiyyəsinin istifadəsinə verilməsi planlaşdırılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58