Cümə, 17 May

Litva hərbçiləri ABŞ əsgərlərinin yeməyini oğurlayıblar

image

Litvada ordu ilə bağlı arzuolunmaz hadisə baş verib.

Xəbər verilir ki, yeddi litvalı hərbçi oğurluqda günahlandırılıblar. Maraqlıdır ki, litvalı hərbçilər ABŞ əsgərlərinin "quru yemək payları"nı oğurlayıblar.

"Sputnik Litva" prokurorluğun mətbuat xidmətinə istinadla xəbər yayıb ki, istintaqa görə, Şvençenski bölgəsindəki poliqonda çalışan iki hərbçi və bölük komandiri də daxil olmaqla daha 4 nəfər oğurluq, sui-istifadə və rüşvət ittihamı ilə dindirilirlər.

"Məhkəməyə qədərki istintaqa görə, keçən ilin yazında poliqonda ABŞ quru qoşunları taboru əsgərlərinin ərzağı (Ən azı 1176 qutu - red.) "quru yemək payları" oğurlanıb. Təxmini hesablamalara görə, maddi ziyan 121 min avrodan çoxdur",- məqalədə yazılıb.

Prokurorluq hərbçilərin və ehtimal olunan ortaqlarının ərzaqları xidməti maşınlarla ərazidən çıxarmaları və qazanc əldə etmək üçün satmalarından şübhələnir. O da ehtimal olunur ki, təlim poliqonunda xidmət aparan bölük komandiri tabeçiliyində olan əsgərlərin əməllərinə müəyyən şərait yaradıb. Hərbçilərin cinayəti sübut olunarsa, onları 8 ilə qədər həbs cəzası gözləyir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41