Bazar, 05 May

Moskvadan Qərbə SƏRT MESAJ: “Bölgədə hər şey həll edilir, üçüncü tərəflərə ehtiyac yoxdur”

image

Putin Qarabağdan danışdı və bəyan etdi ki:

1. Qarabağda böhranın daha da böyüməsində maraqlı deyillər;

2. Sərhədlərin müəyyənləşdirilməsi üzərində iş gedir;

3. Bölgədə normal münasibətləri bərpa etmək üçün hər şeyi edəcəklər;

Bu  barədə danışan araşdırmaçı jurnalist Asif Nərimanlı bildirib ki, Rusiya prezidenti Qarabağdan zaman-zaman danışır, hərçənd, indi bu sözləri dilə gətirməsinə zərurət yaradan səbəblər var:

1. Putin Qarabağ məsələsinin Rusiya tərəfindən həll edildiyini növbəti dəfə Qərbə çatdırmaq istəyir və əlavə edir ki, sərhədlər məsələsində də əsas vasitəçi Moskvadır: ABŞ-ın bölgədə yenidən aktivləşmək istəyi, humanitar məsələlərdə vasitəçi olaraq Gürcüstanı önə sürməsi rusları narahat edir;

2. Putin Bakıya əlavə alternativə ehtiyac olmadığı haqda mesaj verir:

Asif Nərimanlı əlavə edib ki, Ermənistanda seçkidən sonra Azərbaycan rəhbərliyinin üçtərəfli razılaşmaların icrasının sürətləndirilməsi ilə bağlı başlatdığı proses fonunda bu təsadüfi deyil: “Ola bilər ki, telefon söhbətində Əliyev Putinə proses ləngiyəcəyi təqdirdə, əlavə addımların atılmasının mümkünlüyü haqda müəyyən mesajlar ötürüb. Buna paralel olaraq Lavrovun Antalyada Çavuşoğlu ilə qurduğu müzakirə masasına Qarabağın da daxil edilməsi diqqət çəkir. Lavrov bəyan etdi ki, Ankara ilə Bakı və İrəvanı yaxınlaşdırmaqla bağlı razılıq əldə ediblər, həmçinin Ağdamdakı Monitorinq Mərkəzinin fəaliyyətindən məmnundurlar.

Lavrovun bu sözləri və Çavuşoğlundan fərqli olaraq, Qarabağ müzakirəsindən geniş bəhs etməsi də Moskvanın Qərbə “bölgədə hər şey həll edilir, üçüncü tərəflərə ehtiyac yoxdur” mesajını çatdırmaq zərurətindən irəli gəlir. Bu, ictimaiyyətə açıqlanan məqamlardır, lakin bağlı qapılar arxasında Qarabağla bağlı nələr müzakirə oluna bilər sualı maraqlıdır”.

Bəs bağlı qapılar arxasında hansı müzakirələr aparıla bilər:

1. Üçtərəfli razılaşmaların bütün bəndlərinin icrasından sonra Qarabağda vəziyyətə nəzarət: ruslar erməni qoşunların çıxarılması, sərhədlərin müəyyənləşməsi, nəticə olaraq, Ermənistanın Qarabağdakı mövcudluğunun aradan qaldırılmasından sonra bölgədə hansı formada qalmağı düşünür və mümkündür ki, bu məsələni Bakı ilə yanaşı, Ankara ilə də müzakirə edir;

2. Bölgədə təkcə rusların hərbi mövcudluğu ilə barışmayan Türkiyənin Monitorinq Mərkəzinin fəaliyyətinin genişləndirilməsini istədiyi istisna deyil və mümkündür ki, Putinlə Ərdoğanın telefon söhbətində gündəmə gətirilən bu məsələlərin detalları Lavrovla Çavuşoğlunun masasında müzakirə olunub;

3. Şuşa Bəyannaməsi: ruslar bu müqavilənin detallarını bilmək istəyir, xüsusilə hərbi baza məsələsini; Burada ən mühüm məqam Moskvanın istəməsə belə Bakı və Ankara ilə anlaşmağa məcbur olmasıdır və bu, proseslərin inkişafını bizim maraqlarımıza uyğunlaşdırmağa imkan verir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15