Bazar, 12 May

“NATO-nun Rusiya qarşısında birbaşa müharibə qorxusu var” - Almaniya səfiri

image

NATO ölkələri Rusiya ilə ümumi müharibəyə cəlb olunmaqdan qorxurlar.

Bu barədə Almaniyanın Kiyevdəki səfiri Anka Feldhauzen bəyan edib "Həftənin gügüsü".

"Çünki NATO-nun üstünlüklərindən biri - Vaşinqton Müqaviləsinin 5-ci maddəsidir. Və hamı Rusiya ilə birbaşa müharibədən qorxur"- səfir izah edib.

Beləliklə, diplomat izah edib ki, nə üçün hamı alyansda razı deyil ki, Ukraynanı NATO-ya qəbul etsinlər. Feldhauzen ifadə etdiyi kimi, "NATO-da hamişə müharibənin getdiyi ölkələrdə problemlər olub".

Səfir göstərib ki, NATO Ukrayna ilə demək olar, hər gün əməkdaşlıq edir, amma onun təşkilata üzvlüyü barədə qərar "bu gün-sabah» verilməyəcək.

"NATO-da 30 dövlət əməkdaşlıq edir və bu, konsensus təşkilatıdır. Bu konsensusu tapmaq lazımdır" - almaniyalı diplomat izah edib.

Vaşinqton Müqaviləsinin beşinci maddəsi NATO-da kollektiv təhlükəsizlik prinsipinə həsr olunub. Üzvlərdən birinə hücumun olmasına üzvlərin hamısına hücum olması kimi baxılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44