Bazar, 19 May

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

image

İyunun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sabah cənub küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 35-39, bəzi yerlərdə 41 dərəcə, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 45-55, gündüz 30-35 faiz olacaq.

Abşeron çimərliklərində cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

İyunun 27-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41