Şənbə, 18 May

“Erməni hərbçiləri azərbaycanlılara heç bir müqavimət göstərmədən geri çəkilirlər” - Poqosyan

image

Erməni xalqının torpaqlar uğrunda mübarizə aparmaq istəməməsi beynəlxalq ictimaiyyətə aydındır və ölkədə keçirilən son seçkilərin nəticələri bunu əyani təsdiq etdi.

Xəbər verilir ki, bu fikirləri Beynəlxalq İnsan İnkişafı Mərkəzinin sədri Tevan Poqosyan jurnalistlərə açıqlamasında səsləndirib. QHT sədri bildirib ki, Ermənistan hakimiyyəti əslində ölkə sərhədlərinin təhlükəsizliyini təmin etmək təşəbbüsünü Azərbaycan tərəfinə ötürüb. Çünki Ermənistan Silahlı Qüvvələri faktiki olaraq ölkə sərhədlərinin təhlükəsizliyini və toxunulmazlığını təmin edə bilmir.

“Azərbaycanlılar indi ərazilərimizin içərisinə  nə qədər irəliləmək lazım olduğuna özləri qərar verirlər. Ermənistan hərbçiləri isə onlara heç bir müqavimət göstərmədən geri çəkilirlər” – deyə Poqosyan vurğulayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41