Şənbə, 18 May

Məşhur müğənni sevgilisi ilə kameralara tuş gəldi - FOTOLAR

image

Dünyaca məşhur müğənni Rihanna bir müddət əvvəl sevgili olduğunu təsdiqlədiyi “ASAP Rocky” ilə paparazzilərə yaxalanıb.

Xəbər verilir ki, sevgili olduqlarından bəri tez-tez gecə klublarında görüntülənən cütlük ötən gecə Nyu-Yorkda “Barcade” barında görünüblər.

Bara gedərkən kameralara tuş gələn 33 yaşlı Rihanna görünüşü ilə göz qamaşdırıb.

Ərəb sevgilisi Həsən Cəmildən ayrılan dünyaca məşhur ifaçı Rihannanın fanatları reper Asap Roki ilə daha çox yaraşdırıblar.

Qeyd edək ki, Ririnin 32 yaşlı Asapla eşq yaşaması barədə iddialar bu ilin yanvarından ortaya çıxıb. Ötən iyulda isə Rihanna şəxsi brendi “Fenty Skin”in üzərində Asap Roki ilə birlikdə çalışmışdı.

Həmin kadrları təqdim edirik:

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41