Cümə, 17 May

“Microsoft”un bazar dəyəri ilk dəfə 2 trilyon dolları keçib

image

ABŞ-ın texnologiya nəhəngi “Microsoft” şirkətinin bazar dəyəri ilk dəfə 2 trilyon ABŞ dollarını keçib.

Xəbər verilir ki, bu, onun səhmlərinin dəyərinin 1,1% artaraq 265 dolları keçməsindən sonra olub.

"Microsoft" xüsusilə koronavirus (COVID-19) pandemiyası dövründə sürətlə dəyər qazanıb və ötən ilin mart ayından bəri onun səhmləri 79% bahalaşıb, bazar dəyəri isə 900 milyon dollar artıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın digər texnologiya nəhəngi “Apple” şirkətinin də bazar dəyəri 2 trilyon dolları keçmişdi. Son 1 ildə ABŞ-da səhmləri sürətlə bahalaşan başqa texnologiya nəhəngləri də var. Məsələn, “Amazon”un bazar dəyəri 96%, “Apple”in bazar dəyəri 2 dəfə, “Google”un bazar dəyəri 2,2 dəfə, “Facebook”un bazar dəyəri isə 2,3 dəfə artıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58