Çərşənbə, 15 May

Toylara icazə verilməsi qərarından sonra gözəllik salonları...

image

Uzun müddətdir ki, bağlı qalan toy zallarında nəhayət vağzalı sədaları eşidiləcək. Toylarla bağlı çıxan qərardan sonra artıq gözəllik və gəlinlik salonlarında canlanma başlayıb.

Verilən məlumata görə, gözəllik salonlarından bildirdilər ki, artıq qərar çıxar-çıxmaz salona gələn zənglər artıb.

Salonlardan bildirdilər ki, tələbin çox olması qiymətlərə təsir göstərməyəcək. Bəzək qiymətləri elə pandemiyadan əvvəlki  kimi qalacaq.

Gözəllik salonlarındakı  vəziyyət gəlinlik salonlarında da yaşanır. Artıq qərardan sonra fotosessiya üçün kirayələnən gəlinliklər toy üçün dəyişdirilib.

Gəlinliklərin qiyməti isə bəzəyinə, formasına görə dəyişir.

Gəlin maşınları sahəsində isə bu gün sakitlik olub. Amma avtomobil kirayə verənlər tezliklə sükutun pozulacağına əmindirlər. Avtomobillərin kirayə qiymətinə gəlincə isə, bu, avtomobilin markasına və həftənin günlərinə görə fərqli olur.

Gəlinlik və bəzək qiymətlərindən fərqli olaraq benzinin bahalaşması və bəzi avtomobil detallarının qiymətindəki artım toy maşınlarının kirayə qiymətinə öz təsirini göstərəcəyi istisna edilmir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00