Cümə axşamı, 16 May

 Xankəndində nə baş verir?

image

“Robert Köçəryan parlament seçkilərindəki məğlubiyyətini həzm edə bilmir, depressiya içindədir. O özünü müxalifətdə görə bilmir, hətta parlamentdə deputat kimi əyləşməyi özü üçün təhqir hesab etdiyindən qanunverici orqanın işində iştirak etməyəcəyinə dair açıqlama verib”.

Bu sözləri açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq   Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Köçəryan hazıra öyrəşib. Köçəryanı əvvəlcə Qarabağda separatizmin başına gətirdilər, bir müddət sonra Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan onu Ermənistanda baş nazir təyin etdi. O, bir il keçməmiş Levon Ter-Petrosyanı devirərək prezident kürsüsünü ələ keçirdi:

“Köçəryan seçkidəki məğlubiyyətinin əvəzində Xankəndini qarışdırmağa başlayıb. Onun Qarabağdakı adamları digər separatçı Araik Arutunyanı devirmək istəyirlər. Rusiya qarışmır. Görünür, Rusiyadakı mərkəzlər hesab edirlər ki, Köçəryanı Ermənistanda hakimiyyətə gətirə bilmədilər, heç olmazsa Qarabağda radikallar baş rolda olsunlar. Bu Paşinyan üçün pis ssenaridir. Nikol Paşinyan müharibədə məğlub olsa da, tərəfdarı Araik Arutunyan vasitəsilə bir gözüylə Xankəndiyə baxır. Ancaq separatçılar Araiki devirib Köçəryan kimisini Xankəndidə oturtsalar ermənilər arasında nifaq daha da dərinləşəcək”.

Elxan Şahinoğlu qeyd edib ki, Xankəndidəki hadisələri kənardan seyr etmək məcburiyyətindəyik:

“Köçəryanın Qarabağdakı əsas adamı onun kimi digər qatil, qondarma qurumun “təhlükəsizlik şurası”nın rəhbəri Vitali Balasanyandır. Araik, Balasanyan və ya qeyrisi – hamısı separatçıdır. Bizim üçün “yaxşı separatçı” və ya “pis separatçı” anlayışı yoxdur. Xankəndidə qarşıdurma güclənəcəyi və bir-birlərinə atəş açmaları istisna deyil. Buna da hazır olmalı və nə edəcəyimizi əvvəlcədən bilməliyik”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00