Bazar, 19 May

Ermənistanda deputatın avtomobili qumbara ilə partladıldı

image

Ermənistan Respublikaçılar Partiyasından keçmiş deputat Miqran Akopyanın avtomobili qumbara ilə partladılıb.

Xəbər verilir ki, bu barədə sabiq deputatın özü məlumat verib.

Onun sözlərinə görə, hadisə səhər saat 9.30 radələrində baş verib: “Partlayış nəticəsində mənim və qonşumun maşını zədələnib”.

Keçmiş deputat hadisəni siyasi fəaliyyəti ilə əlaqələndirib.

Qeyd edək ki, Miqran Akopyan “Kvartet Media” şirkətinin həmtəsisçisi, keçmiş prezident Serj Sarqsyanın başçılıq etdiyi “Şərəf duyuram” seçki blokunun fəallarındandır. Akopyan 2017-ci ilin aprelindən 2018-ci ilin dekabrınadək deputat olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41