Bazar, 19 May

Xankəndidə Arutyunyana qarşı mitinqdə qarşıdurma yarandı - Video

image

Bu gün gündüz saatlarında Xankəndidəki “Dirçəliş” meydanına toplaşan bir qrup erməni separatçı rejim başçısı Araik Arutyunyanın istefasını tələb etməyə başlayıb.

Məlumata görə, vəziyyət gərginləşib.İnsanlar yaxın ərazilərdə  divarlara “get” yazılmış vərəqələr yapışdırıblar. 

Separatçı rejimin qanunsuz “dövlət naziri” sayılan Artak Beqlaryan etirazçılara yaxınlaşaraq Araiklə danışdığını və onların belə bir tələb irəli sürdüklərini onun nəzərinə çatdırdığını bildirib. Və onu da əlavə edib ki, sabah – iynun 22-i günortadan sonra Araik Arutyunyan “xalqın tələbi ilə əlaqədar xalq qarşısında çıxış etmək” üçün Xankəndində olacaq.

“Qraparak” nəşrinin yazdığına görə isə, etirazçılar hətta “prezident” iqamətgahının qapılarını sındıraraq içəri girməyə çalışıblar. Polislə qarşıdurma yaşanıb. Guya nümayişçilər bildirib ki, “Artsax xalqı Paşinyanı təbrik edə bilməz”, Araik getməlidir...

Xatırladaq ki, gecə saatlarında Araik Arutyunyan İrəvanda Paşinyanın baş seçki qərargahında görünüb. Sonra isə səhər saatlarında öz adından “rəsmən” Paşinyanı seçkilərdə qələbəsi münasibətilə təbrik edib. 

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41