Bazar, 19 May

2 yaşlı qızına əsəbləşən ana onu binadan atdı

image

Türkiyənin Tekirdağ ərazisində ölümlə nəticələnən hadisə baş verib. 

Xəbər verilir ki, boşanma mərhələsində olan qadın 2 yaşlı qızını  götürərək, atası evinə köçüb. Belə ki, son günlərdə övladına fikir verməyən qadın dəhşətli əmələ əl atıb. Ana qızının ağlama səsinə  tab gətirməyərək, onu yaşadıqları  mənzilin 2-ci  mərtəbəsindən atıb.  Azyaşlı qısa zamanda xəstəxanaya  aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. 

Cani ana isə həbs olunaraq, polis bölməsinə aparılıb.  Ümmühan Dumanlıoğlu adlı qadın barəsində  qətimkan tədbiri seçilib.  

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41