Çərşənbə axşamı, 30 Aprel

Sarkisyanın qardaşı oğlu həbs edildi - Foto

image

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan beş il yarım müddətinə həbs cəzasına məhkum edilib.

Verilən xəbərə görə, müvafiq hökm hakim Vahe Misakyan tərəfindən verilib.

Məhkəmə bildirib ki, N.Sarkisyanın artıq bir müddətdir həbsdə olduğu nəzərə alınaraq, o, 3 il 6 ay həbsdə qalacaq.

Qeyd edək ki, N.Sarkisyana qarşı cinayət işi 2018-ci ildə açılıb və o axtarışa verilib.

Keçmiş prezidentin qardaşı oğlu qanunsuz silah saxlama, narkotik ticarəti və adam qaçırmaqda günahlandırılır.

2018-ci ilin dekabrında N.Sarkisyan Praqada tapılıb. Praqa məhkəməsi və Çexiya Ədliyyə Nazirliyi onu Ermənistana təhvil verməyə razı olub və 2019-cu ilin dekabrında o, Ermənistana ekstradisiya olunub.

N.Sarkisyan ona qarşı irəli sürülən ittihamlara görə özünü təqsirli bilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42