Cümə, 17 May

İtkin düşmüş Ağdam sakini dronla axtarılır

image

Ağdam rayonunun itkin düşən sakinin axtarışları davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan  bildirilib ki, iyunun 8-də Ağdam rayon Seyidli kənd sakini Cəsarət Hətəmxanovun itkin düşməsi ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumat daxil olduğu gündən etibarən Rayon Polis Şöbəsinin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən rayon ərazisində axtarış tədbirlərinə başlanılıb. Hazırda itkin düşən şəxsin axtarışları davam etdirilir.

C.Hətəmxanovun işğaldan azad edilmiş və minalardan təmizlənməmiş ərazilərə keçərək itkin düşdüyü ehtimal olunduğu üçün həmin ərazilərdə xüsusi olaraq axtarış tədbirləri aparılır. Mina təhlükəsi və çətin coğrafi relyef nəzərə alınaraq axtarışlarda dronlardan da istifadə olunur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58