Bazar, 19 May

Ermənistanda seçkilərdən sonra qarşıdurmalar olacaq - KOÇARYAN

image

Ermənistanın eks-prezidenti Robert Koçaryan iyunun 20-də keçiriləcək erkən parlament seçkilərindən sonra insanların küçələrə axışacağını və qarşıdurmaların ola biləcəyini istisna etməyib.

Xəbər verilir ki, bu barədə o “RİA Novosti”yə müsahibəsində deyib.

“Bu, əlbəttə ki, son dərəcə arzuolunmaz bir ssenaridir, lakin qarşıdurma məsələsini tamamilə inkar etmək olmaz”, – deyə Koçaryan qarşıdurmaların olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.

Koçaryan hesab edir ki, hər şey nəticələrdən və cəmiyyətin bu nəticəyə necə yanaşmasından asılıdır.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 21 partiya və 4 blokun iştirakı ilə iyunun 20-də keçiriləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41