Şənbə, 18 May

“Amazon” rəhbərilə birgə kosmik uçuş bileti rekord qiymətə satıldı

image

“Amazon”un təsisçisi və dünyanın ən varlı şəsxlərindən biri olan Ceff Bezos tərəfindən yaradılmış “Blue Origin” şirkəti kosmik uçuş biletini hərraca çıxarıb.

Xəbər verilir ki, bu barədə şirkətin “Twitter” səhifəsindən məlumat verilib.

Bezosla birlikdə “New Shepard” gəmisi ilə kosmosa uçmaq imkanı verən bilet 28 milyon dollara alıcı tapıb. Onun adı hələ ki, açıqlanmır.

Əldə olunan vəsaitin “Blue Origin”nin “Gələcək Klubu” (Club for the Future) fonduna köçürüləcəyi bildirilib. Qeyd edək ki, bu fond gənclərin texniki və aerokosmik sahələrdə karyera qurmasına köməklik edir.

Uçuşa gəlincə, onun iyulun 20-də baş tutacağı gözlənilir. Uçuşda Bezos, onun qardaşı Mark və bileti əldə etmiş şəxs iştirak edəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41