Cümə axşamı, 16 May

Azərbaycanda DƏHŞƏT: qaz balonu partladı, 85 yaşlı qadın yanaraq öldü

image

Quba rayonunda ikimərtəbəli yaşayış evi yanıb.

Verilən məlumata görə, hadisə gecə saatlarında Səbətlər kəndində qeydə alınıb.

Belə ki, 144 kvadratmetrlik evin birinci mərtəbəsində başlayan yanğın nəticəsində içərisində propan qazı olan balon partlayıb. Nəticədə yanğın daha şiddətlənərək evin ikinci mərtəbəsinə keçib və bütüm yanar konstruksiyalar yanıb. Ev sakinlərinin əksəriyyəti içəridən çıxa bilsələr də, ancaq 1936-cı il təvəllüdlü Gülnaz Nizam qızı Rəhmanova yanaraq dünyasını dəyişib. Yanğınsöndürənlər onun yanmış meyitini ailəsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00