Çərşənbə, 15 May

Gəncədə partlayış - Xəsarət alanlar var

image

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ilkin ehtimala görə partlayış qaz sızması səbəbindən olub.

Yanğın nəticəsində mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 70 kv.m olan ikiotaqlı qonşu mənzilin yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Partlayışın zərbəsindən hər iki mənzilin divarları (arakəsmə divarlar) dağılıb, qapı və pəncərə çərçivəsi yerindən çıxıb. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb, 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00