Şənbə, 18 May

Mübariz Tağıyev koronavirusa yoluxdu - Son durumu

image

Xalq artisti Mübariz Tağıyev peyvənd vurdurduqdan sonra koronavirusa yoluxub. 

Xəbər verilir ki, sənətçi bu barədə "Mtv" kanalına müsahibəsi zamanı danışıb.

Koronavirusa harada və necə yoluxduğunu bilməyən Xalq artisti evində müalicə aldığını bildirib.

"İki aydır züm-zümə belə edə bilmirəm. Səhnə üçün çox darıxırdım. Televiziyalar koronavirusa yoluxduğumu bilirdi. Ona görə də məni verilişlərə dəvət etmirdilər. Hazırda isə yeni mahnılarım var və onlar üzərində işləyirəm", - deyə Xalq artisti qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41