Bazar, 19 May

“Ermənistan Azərbaycanın Xəzərdəki limanlarından istifadə edə bilər”

image

“Azərbaycanın Xəzər dənizindəki limanlarından  Ermənistanın istifadə etmək imkanı yarana bilər”.

Xəbər verilir ki, bu fikirlərin müəllifi Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçukdur. Onun sözlərinə görə, üçtərəfli işçi qrupu çərçivəsində bölgənn blokadadan çıxarılması istiqamətində müzakirələr aparılır. Bu problemin həllində açar rolunu Ermənistanın blokadadan çıxması oynayır:

“Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçən nəqliyyat əlaqələrinin bərpasına da baxılır. Eyni zamanda, Ermənistandan Rusiyaya Azərbaycan ərazisindən keçməklə nəqliyyatın bərpası müzakirə olunur. Bundan əlavə, Ermənistanın Xəzər dənizindəki Azərbaycan limanlarından istifadə etməklə mallarını Orta Asiya ölkələrinə və ya əksinə daşıması üçün imkanı yarana bilər” – deyə Overçuk vurğulayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41