Cümə, 26 Aprel

Əli Əhmədovun qalmaqallı gənc deputatları

image

Əksər oxucular Milli Məclisdə təmsil olunan qocaman deputatların qalmaqallı əməlləri ilə yaxından tanışdır. Arxa qoyduğumuz seçkilərdə Milli Məclisin yenilənməsi bu cür uğursuz, neqativ əməllərdə adları hallanan şəxslərin sıradan çıxarılması, gənc kadrlara üstünlük verilməsi ümidlərimizi bir qədər artırmışdı. Yeni gənc kadrların Milli Məclisdə təmsil olunmasının, belə demək mümkündürsə, Milli Məclisin gəncləşdirilməsinin müsbət nəticələri olacağına inanırdıq.

Lakin hadisələrin gedişatı ümid bəslədiyimiz gənc deputatların heç də əvvəlkilərdən fərqli olmadığını göstərdi. Bir çox gənc deputat adının oxşar qalmaqallı fəaliyyətlə, rüşvət və maliyyə maxinasiyalarında hallanması ilə köhnələrin açdığı çığırla addımladıqlarını göstərdi.

Uşaq oğurluğunda adı hallanan deputat

Daha bir qalmaqallı gənc deputat isə 91 saylı Ucar seçki dairəsindən deputat seçilən Ramil Həsəndir. Belə ki, bir müddət öncə Ramil Həsən Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan məşhur iş adamı, tanınmış biznesmen Almari Vael Süleymanın şikayəti ilə gündəmə gəlib. Moldovalı biznesmen Ramil Həsəni onun balaca qızını qaçırmaqda ittiham edirdi.

Hadisələrin mərkəzində isə Vael Suleymanın keçmiş məşuqəsi olan və daha sonra Ramil Həsənin həyat yoldaşına çevrilən Lungu Nicolai Yekaterina yer alır. Almari Vael Süleymanın idman zalında resepşın işləyən Nicolai Yekaterina ilə 2012-ci ildə Moldovada tanış olub və cütlüyün 2014-cü ildə bir qız övladı dünyaya gəlib. Ramil Həsənlə Yekaterinın münasibəti isə 2018-ci ildə başlayıb və qısa zamanda Yekaterinanın Azərbaycana qoşulub qaçması ilə nəticələnib.

Onlar Vael Süleymanın övladını da gizli şəkildə, qeyri-leqal yolla Moldovadan Azərbaycana gətiriblər. Moldova məhkəməsinin uşağın atasının himayəsində qalması ilə bağlı qərar çıxarmasına baxmayaraq Ramil Həsən bu qərarı icra etməkdən imtina edir. Vael Süleyman isə gənc deputatı uşaq oğurluğunda ittiham edir.

Onu da qeyd edək ki, Ramil Həsən Nazim İbrahimovun kadrı və onun diasporadan pul yığanı kimi tanınıb. Onun Türk Şurasının baş katibi olduğu dövrdə böyük miqdarda pul mənimsəmələri etdiyi, YAP Gənclər Birliyinin sədrliyindən də uğursuz əməlləri sayəsində uzaqlaşdırıldığı məlumdur.

O, YAP Gənclər Birliyinin sədri olduğu zaman Ulu Öndər Heydər Əliyevin ad günü münasibəti ilə böyük bir müsabiqə keçirmək adı ilə partiya rəhbərliyinin xəbəri olmadan ”Azərsun Holdinq" Şirkətindən 40 min manat pul alıb. "Elit" ticarət mərkəzinin sahibi olan Əli Evsendən də 18 min manat alan Ramil Həsən oxşar fəaliyyətinə görə partiyanın Gənclər Birliyinin sədri vəzifəsindən uzaqlaşdırılıb. Onun Türk Şurasında və digər sahələrdəki mənimsəmə əməllərini ört-basdır edən şəxslər isə Əli Əhmədov və Oqtay Əsədov olub.

https://aftafa.tv/M0/1/2021/06/images/20210608_122327_1623140607_0caf1d2a29.jpg

Maliyyə fırıldaqçısı deputat

64 saylı Sabirabad II seçki dairəsindən deputat Ramin Məmmədov da qalmaqallı fəaliyyəti ilə gündəmə gələn gənc deputatlar arasındadır. Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Gənclər Birliyinin sədr müavini və bir müddət sədr əvəzi olan Ramin Məmmədovun adı 100 min manatlıq dəlduzluq işi üzrə məhkəmə prosesində çəkilir.  

Belə ki, gənc deputatın vətəndaşlardan birindən onu yüksək vəzifəyə təyin etdirəcəyi vədi ilə 100 min manat məbləğində pul aldığı qeyd olunur. Lakin gənc deputat bu sahədə təcrübəli olmadığı üçün işi sona çatdıra bilməyib və nəticədə vətəndaş məhkəməyə müraciət etməli olub.

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun kadrı kimi tanınan Ramin Məmmədov komitədə olduğu dövrdə də qalmaqallı fəaliyyəti ilə gündəmdə olub. Komitənin Avropa və Asiya ölkələrindəki diaspora qrumları ilə işin təşkili birbaşa Ramin Məmmədovun kurasiyasında olub. O, Avropa və Asiya ölkələrində diaspora işinin təşkili ilə məşğul olmaq əvəzinə özü üçün biznes qurmaqla məşğul olub. Ramin Məmmədovun Bakıda və Avropa ölkələrində müxtəlif mağazalarının fəaliyyət göstərdiyi məlumdur.

Bahalı libaslar və qalstuk həvəskarı olan Ramin Məmmədovun Nazim İbrahimovun katibəsi və sevgilisi ilə ailə həyatı qurduğu, bundan sonra Diaspor Komitəsinin sədr müavinliyinə təyin olunduğu qeyd olunur. O, Nazim İbrahimovun yardımı ilə Dünya Azərbaycanlıları Gənclərinin İctimai Birliyi adlı qurum yaradaraq Gülüstan sarayında təsis konfransı keçirib. Həmin tədbirin keçirilməsi üçün Ramin Məmmədov bir çox şirkətlərdən, o cümlədən dövlət büdcəsindən 200 yüz min manat pul mənimsəyib.

YAP daxilində “Dilçi” ləqəbi ilə məşhur olan Ramin Məmmədov Əli Əhmədovun etimad göstərdiyi kadrlardan hesab olunur. Hətta Əli Əhmədov partiyanın beynəlxalq məsələlərini ona həvalə edib. Bu sahədə birbaşa məsuliyyətli şəxs olmalı olan Sevinc Fətəliyevanı isə proseslərə yaxın buraxmayıb. Ramin Məmmədovun ona tapşırılan vəzifələrin icrasında uğursuz olmasına baxmayaraq Əli Əhmədov onu qorumaqda davam edib. Ramin Məmmədovun hələ vəzifədə ikən tez-tez Ramiz Mehdiyevin yanına getdiyi də verilən məlumatlar içərisindədir.

https://aftafa.tv/M0/1/2021/06/images/20210608_122542_1623140742_39f1172126.jpg

Rəsulzadəni təhqir edən deputat

38 saylı Nizami (Gəncə) seçki dairəsindən YAP-ın namizədi olan Naqif Həmzəyevlə bağlı olduqca ilginc iddialar mövcuddur. Naqif Həmzə hələ 2015-ci ildə AXC-nın qurucusu Məmməd Əmin Rəsulzadəni təhqir etməsi ilə gündəmə gəlmişdi. Rəsulzadəni “xain” adlandıran Naqif Həmzə, “Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı” sözləri ilə yadda qalıb.

Rəsulzadəni İrəvanı və digər torpaqlarımızı satmaqda ittiham edən gənc deputat Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olmaqda ittiham edib. Qeyd edək ki, Naqif Həmzəyev YAP-ın Gəncə Şəhər Təşkilatının sədri olub. O, eyni zamanda Gəncə şəhər İcra Hakimiyyətinin 1-ci müavini vəzifəsində də çalışıb.

Hər üç gənc deputat fəaliyyətlərində bu qədər uğrusuzluqlar olmasına baxmayaraq hələ də hakim partiyada təmsil olunur və deputat mandatı daşımaqda davam edirlər. Bunun tək səbəbi isə onlara himayədarlıq edən və deputat seçilmələrində rol oynayan şəxs isə birbaşa YAP-ın sədr müavini Əli Əhmədov olub.

Bu şəxslər haqqında yayılan qalmaqallı məlumatlardan sonra ən azı 2020-ci il seçkilərində yeni heyətdə təmsil olunmayacaqları gözlənilirdi. Lakin Əli Əhmədovun sayəsində adları çəkilən hər üç deputat yenidən mandata yiyələnib. YAP daxilində belə ciddi nüfuza malik olmayan bu şəxslərin hansı məqsəd üçün hələ də Milli Məclisdə təmsil olunduqları isə müəmmalıdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33