Bazar, 19 May

8-ci sinif şagirdini 38 yaşlı kişiyə nişanladılar - Azərbaycanda / FOTO

image

Azərbaycanda daha bir şok hadisə yaşanıb.

Xəbər verilir ki, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” səhifəsində Lənkəran şəhərində 14 yaşlı qızın 38 yaşlı kişiyə nişanlandığını yazıb.

O bildirib ki, nişanlanan qız Masallı rayon Bədəlan kənd sakini, 8-ci sinif şagirdi Zeynəb İsmayılova (ad, soyad şərtidir) olub:

“14 yaşlı məktəbli qızın atasının vəfat etdiyi üçün o hazırda anası ilə birlikdə Bədəlan kəndində babasının evində yaşayır. Seymur adlı oğlan isə Rusiya vətəndaşıdır və orada sahibkarlıqla məşğul olur”.

O əlavə edib ki, qız özündən 24 yaş böyük nişanlısı ilə Rusiyada yaşayacaq:

“Bir müddət sonra isə 38 yaşlı şəxs ailədən etibarnamə alaraq qızı da Rusiyaya aparacaq. Sonra da 14 yaşlı qız ana olmağa hazırlaşacaq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41