Cümə axşamı, 16 May

Ukraynada həbsxana 14 milyon dollara satılıb

image

Ukraynada 48 saylı Lvov cəzaçəkmə müəssisəsi satılıb.

Bu barədə ölkənin ədliyyə naziri Denis Malyuska özünün “Facebook” səhifəsində məlumat verib. Məlumata əsasən, hərraca çıxarılan həbsxanaya görə, ilkin qiymətindən az qala üç dəfə artıq vəsait – 377,5 milyon qriven (təqribən 14 milyon dollar) ödənilib.

Nazirin sözlərinə görə, hərracda 7 alıcı iştirak edib.

Qeyd olunub ki, bu, Ukraynada istifadə olunmayan həbsxanaların özəlləşdirilməsi proqramı üzrə həyat keçirilmiş ilk uğurlu satışdır. Satışdan əldə olunan vəsaitin 30%-i dövlət büdcəsinə, 70%-i isə ölkədəki cəzçəkmə müəssisələri infrastrukturunun yaxşılaşdırılmasına yönəldiləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00