Cümə axşamı, 16 May

Taysondan şok etiraf: “Həbsxana psixoloqu ilə gizli eşq yaşayırdım“

image

Boks üzrə mütləq çəkidə sabiq dünya çempionu Mayk Tayson həbs cəzasının müddətini azaltmaq üçün həbsxananın psixoloqu ilə gizli eşq münasibətləri yaşadığını bildirib.  

Xəbər verilir ki, bu barədə “Haber Global” məlumat yayıb.  

M.Tayson etiraf edib ki, həbsxananın psixoloqu ilə olan şəxsi münasibətləri onun vaxtından əvvəl azadlığa çıxmasına kömək olub.

Əfsanəvi boksçu həmçinin qeyd edib ki, vaxtından əvvəl sərbəst buraxılması üçün Ümumtəhsil İdarəsinin imtahanından keçmək məcburiyyətində olub və bu səbəbdən idarənin məhkumlarla iş üzrə məsləhətçisi ilə gizli əlaqə yaradıb.

M. Tayson imtahan mərhələsindən keçmək üçün təhsil idarəsinin əməkdaşına rüşvət verdiyini də etiraf edib.

Qeyd edək ki, Mayk Tayson 1992-ci ildə ABŞ gözəllik kraliçası Desire Vaşinqtona təcavüz etdiyi üçün altı il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının üç ilini həbsxanada çəkib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00