Cümə axşamı, 16 May

Bu terrorçunun yerini deyənə 7 milyon veriləcək - ABŞ-dan şok addım

image

ABŞ hökuməti Əl-Qaidənin Şimali Afrika şəbəkəsinin lideri Əbu Ubeyde el-Annabi haqqında məlumat verən şəxsə 7 milyon dollar mükafat verəcək.

Xəbər verilir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamada “Ədalət Naminə Mükafat” proqramı çərçivəsində Əbu Ubeyde el-Annabi üçün mükafat ayrıldığı bildirilib.

ABŞ hökumətinə həmin şəxsin olduğu yeri və kimliyi barəsində əlavə məlumat verəcək şəxsə 7 milyon ABŞ dolları mükafat təqdim olunacaq.

Qeyd edək ki, ötən il Afrikadakı Əl-Qaidanın lideri Abdülmalik Droukdal öldürülüb. Bundan sonra terror şəbəkəsinin rəhbərliyinə Əbu Ubeyde el-Annabi gətirilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00