Cümə axşamı, 16 May

Bakıda “Bazarstore”da güclü YANĞIN - VİDEO

image

Axşam saatlarında Bakının Yasamal rayonu ərazisində yerləşən “Bazarstore” mağazalar şəbəkəsinin filialında güclü yanğın olub.

Xəbər verilir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Hadisə yerinə FHN-in yanğınsöndürənlərinin cəlb olunduğu, yanğın nəticəsində xəsarət alanın olmadığı bildirilir.

Qeyd edək ki, sözügedən filial Yasamal Yaşayış Komleksinin ərazisində yerləşir.

Fövqəladə Hallar Nazirliyi baş vermiş yanğınla bağlı məlumat yayıb.

Məlumatda deyilir:

“Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu 8 ünvanında baş vermiş yanğınla bağlı nazirliyin 112 xidmətinə məlumat daxil olduqdan sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, marketə aid ümumi sahəsi 24 m² olan, dəmir konstruksiyalardan ibarət saxlanma yerində karton tullantıları və pəncərə çərçivəsi 8 m² sahədə yanıb. Yüksək temperaturdan kondisioner və generator qarsalanıb.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 23:55-də tam söndürülüb. Market yanğından mühafizə olunub”.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00