Cümə, 17 May

İran ərazisindən Türkiyəyə raket hücumu OLDU

image

Türkiyənin Hakkari vilayətinin İranla sərhəddə yerləşən Yüksəkova şəhərinin ərazisində mina axtaran türkiyəli istehkamçılar raket hücumuna məruz qalıb.

Xəbər verilir ki, bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində dərc edilib.

Rəsmi məlumatda qeyd olunur ki, açılan cavab atəşi nəticəsində üç PKK-lı terrorçu zərərsizləşdirilib.

Türkiyəli minaaxtaranlar arasında xəsarət alan olmayıb.

Məlumat üçün qeyd edək ki, İranın Türkiyə ilə sərhəd şimal-qərb bölgəsində PKK terror qruplaşmasının İran cinahı olan “Pejak” fəaliyyət göstərir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41