Cümə, 17 May

Uşaq dünyaya gətirən 15 yaşlı qız kiminlə evli olub? - Nənəsi açıqladı

image

Ağcabədi rayonunda 15 yaşlı yeniyetmə qızın uşaq dünyaya gətirməsi barədə xəbər vermişdik.

Xəbər verilir ki, sözügedən qız 23 yaşlı xalası oğlu ilə qeyri-rəsmi evli olub. Onlar dini kəbin əsasında ər-arvad kimi yaşayıblar.

Hadisə barədə saytımıza danışan qızın ata nənəsi Şərəf Hüseynova bildirib ki, nəvəsi xalası oğlu ilə sözlü olub:

“Onların evlənməsi üçün hər iki ailə gözləyirdi. Ancaq sonradan oğlanın anası dünyasını dəyişdi. Onlara bir çay verən yox idi. Ümumiyyətlə evdə bir qadın yox idi. Nəvəm də xalasıgilə tez-tez gedib-gəlirdi. Sonra özü dedi ki, onları bu vəziyyətdə qoymaq istəmir və getdi qayıtmadı. Beləcə nəvəm xalası oğlu ilə bir evdə yaşamağa başladılar.

Onu da deyim ki, nəvəmin hamilə olduğunu biləndən sonra həkimə aparmağa qorxdum. Axı necə gedib deyərdim ki, 15 yaşlı qız hamilədir. Sonradan isə başqa çarəmiz olmadı və sənədləri verəndə azyaşlı olduğu müəyyən olundu”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, hadisə ilə bağlı Rayon Mərkəzi Xəstəxanasından Ağcabədi Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41