Çərşənbə, 01 May

Birinci siniflərə sənəd qəbulu nə vaxt başlayır?

image

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq.

Xəbər verilir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirdiyi hesabat tədbirində deyib.

Onun sözlərinə görə, sənəd qəbulu 13 sentyabra qədər davam edəcək.

E.Bağırov bildirib ki, Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi mayın 3-dən sentyabrın 13-dək olacaq: "Tədris digər dillərdə aparılan bölmələr üçün müsahibəyə qeydiyyat 3 may-17 may tarixlərində aparılacaq, müsahibələr isə 7 may- 30 may tarixlərində təşkil ediləcək. Həmçinin tədris digər dillərdə aparılan bölmələr üçün məktəb və müəllim seçimi 12 iyun-13 sentyabr tarixlərini əhatə edəcək. Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələrin təşkili uşaqların həmin bölmələrə qəbulunda obyektivliyi təmin edir".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15