Çərşənbə, 22 May

54 yaşlı Cennifer Lopez mini libası ilə göz qamaşdırdı - FOTO

image

Aktrisa və müğənni Cennifer Lopez aprelin 14-də Nyu-Yorkda təqdimat mərasimində iştirak edib.

Məlumata görə, fotoları "Daily Mail" nəşri dərc edib.

54 yaşlı Cennifer Lopez qapalı məkanda keçirilən tədbirə parlaq geyimdə gəlib.Aktrisa çəhrayı rəngli payetli mini paltarı nabuk ayaqqabı ilə uyğunlaşdırıb. Müğənni həmçinin geyimini qalın boyunbağı və sırğa ilə tamamlayıb.

Xatırladaq ki, Cennifer Lopez ayrıldıqdan 18 il sonra 2021-ci ildə Ben Affleklə yenidən bir araya gəldi. 2022-ci ilin yazında Ben Afflek müğənniyə evlilik təklifi edərək, dəyəri beş milyon dollardan baha üzük hədiyyə edib. Həmin ilin iyulunda məşhurlar Las-Veqasda gizli mərasimlə evləniblər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06