Çərşənbə, 22 May

“Qarabağ”ın Çempionlar Liqasındakı 3-cü mümkün rəqibi müəyyənləşdi

image

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha bir mümkün rəqibi müəyyənləşib.

Xəbər verilir ki, “Panevejis” Azərbaycan çempionunun 3-cü mümkün rəqibi olub.

Litva çempionu səpələnməmişlər səbətinə düşüb. Buna “Slovan”ın Slovakiyadakı çempionluğu səbəb olub. Litvalılar “Ordabası” və “Vikinqur” kimi zəiflər sırasında yer alacaq. Səpələnmiş olan “Qarabağ” da bu rəqiblərdən biri ilə üz-üzə gələcək.

Səpələnmişlər
“Qarabağ” (Azərbaycan)
“Slovan” (Slovakiya)
HİK (Finlandiya)
“Flora” (Estoniya)
“Klaksvik” (Farer adaları)
“Şemrok Rovers” (İrlandiya)

Səpələnməmişlər
“Panevejis” (Litva)
“Ordabası” (Qazaxıstan)
“Vikinqur” (İslandiya)

Qeyri-müəyyənlər
TNS (Uels)
RFS (Latviya)
“Dinamo” (Batumi, Gürcüstan)
“Dinamo” (Minsk, Belarus)

Qeyd edək ki, I təsnifat mərhələsində 30 komanda mübarizə aparacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06