Çərşənbə, 22 May

İranın İsrailə qarşı istifadə etdiyi kamikadze-dronları: Xüsusiyyətləri - FOTO

image

İranın İsrailə qarşı öz istehsalı olan "Şahed-136" kamikadze dronlarından istifadə edib. Daha əvvəl dəfələrlə gündəmə gələn kamikadze pilotsuz təyyarənin hansı xüsusiyyətləri var?

Xəbər verilir ki, İran İsrailə yüzlərlə pilotsuz təyyarə və raket zərbələri endirib.

Hücumda kamikadze PUA kimi tanınan İran istehsalı "Şahed-136" pilotsuz təyyarələrindən istifadə edilib.

Nisbətən ucuz vasitə olan bu PUA-lar yer hədəflərinə uzaqdan hücum etmək, hücum zamanı hava hücumundan müdafiə resurslarını tükəndirərək hava hücumundan müdafiədən yayınmaq və yer hədəflərini alt-üst etmək üçün nəzərdə tutulub.

Bu dronların uzunluğu 3,5 metr, qanadlarının açıqlığı isə 2,5 metr, maksimal sürəti 180 km, uçuş məsafəsi 1000 kilometr, hündürlüyü isə 60-4800 metrdir. İlk dəfə 2020-ci ildə Yəmən vətəndaş müharibəsi zamanı husilər tərəfindən istifadə edilən "Şahid-136"nın Rusiya-Ukrayna müharibəsində də Ukraynaya qarşı Rusiyaya verildiyi iddia edilir. Ancaq Ukrayna və Qərbin tez-tez dilə gətirdiyi bu iddianı İran qəbul etmir. İran rəsmiləri dronların Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl tədarük edildiyini və az miqdarda olduğunu deyirlər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06