Çərşənbə, 22 May

İsrail tezliklə İranın hücumuna cavab verəcək - KİV

image

İsrail yaxın zamanlarda İranın ölkənin hərbi obyektlərinə zərbəsinə cavab verə bilər.

Xəbər verilir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “The Wall Street Journal” yayıb. 

Bununla belə, cavab tədbirlərinin həyata keçirilə biləcəyi dəqiq tarix qeyd olunmayıb. Qəzetin mənbələrinin sözlərinə görə, ABŞ İsrailin bu cür hücum əməliyyatlarının heç birində iştirak etməyəcək: “Vaşinqton İsrailin vəziyyətin gərginləşməsinə səbəb ola biləcək addımlardan çəkinməsinə təkid edir”.

Qəzet xatırladır ki, aprelin 14-də İsraildə nazirlərin hərbi kabinetinin iclasından sonra ölkənin rəsmi şəxsləri heç bir açıqlama verməyib. Lakin müzakirələr barədə məlumata sahib vəzifəli şəxslər İsrailin İranın hücumuna cavab verəcəyini təsdiq ediblər. 

Qeyd edək ki, İran aprelin 13-dən 14-nə keçən gecə pilotsuz uçuş aparatları və raketlərlə İsrail ərazisinə zərbələr endirib. “New York Times”ın yaydığı məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Co Bayden arasında danışıqdan sonra Tel-Əviv İrana cavab verməkdən imtina edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06