Cümə, 17 May

Ermənistan danışıqlardan imtina edir? - Üçtərəfli komissiyanın işi dayandırıldı

image

“Kommunikasiyaların blokdan çıxarılması məsələsinə dair yaradılan üçtərəfli komissiyanın işi dayandırıb”.

Xəbər verilir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib.

“Bu gündən etibarən iş davam etmir, çünki ümumi vəziyyət ən azı sabitləşsə, bu, nəticə verəcəkdir. Sərhəddəki mövcud vəziyyəti nəzərə alaraq, bu platformada konstruktiv işin mümkün olduğunu düşünmürəm. Bu yaxınlarda bu platformada əlaqələr kəsilib. Görək davamı necə olacaq".

Baş nazirin müavini işin Azərbaycan-Ermənistan sərhədində gərginliyin yaranmasından sonra dayandırıldığını sözlərinə əlavə edib.

Mher Qriqoryanın sözlərinə görə, rəsmi İrəvan “Zəngəzur dəhlizi” məsələlərini müzakirə etməyib, müzakirə etməyəcək və belə bir müzakirə ümumən mümkün deyil. “Dəhliz anlayışı ilə kimlərsə nəqliyyat marşrutlarını nəzərdə tutursa, bu ayrı məsələdir, amma bu, suverenliklə əlaqəli hər hansı bir vəziyyət deməkdirsə, onda bir daha sizi inandırıram ki, bu, sadəcə gündəmimdə deyil”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41