Bazar ertəsi, 29 Aprel

Abituriyentlərin indidən bilmək istədiyi məsələ: Keçid balları artacaq?

image

Buraxılış imtahanlarında göstərilən yüksək nəticələrdən sonra abituriyentləri bir məsələ maraqlandırır: keçid ballarındakı artım. Bu il artım olacaqmı? Bu ehtimal nə dərəcə realdır?

Məsələni  təhsil eksperti Elmin Nuri bu barədə vacib açıqlamalar verib:

“Keçid balını həmin il imtahan verən abituriyentlərin ümumi göstəricisi müəyyən edir. Bu konkret bir düsturdur. Keçid balının alınması üçün lazım olan düsturun əsas tərəfi qəbul imtahanlarına qatılan şəxslərin topladığı baldır.

Qarşıdakı müddətdə blok imtahanları var. Ona görə də indidən nə isə demək mümkün deyil. Bu il keçirilən buraxılış imtahanlarının nəticələri bunu deməyə əsas verir ki, abituriyentlərin topladığı ballar ötən ilə nisbətən daha yaxşı olacaq. Amma bu göstəricilərin ixtisaslar üzrə keçid balına necə təsir edəcəyi tamamilə fərqli mövzudur. Çünki keçid balını təkcə abituriyentlərin nəticələri deyil, həm də ixtisaslar üzrə ayrılan plan yerləri müəyyən edir.

Plan yerlərindəki artıma əsasən, balların azalma, yaxud çoxalma ehtimalını göz önünə gətirə bilərik. Məndə olan məlumata əsasən, bu il Azərbaycanda rekord sayda plan yeri olacaq. Ötən il bu rekord yenilənmişdi və plan yerləri bir xeyli artırılmışdı. Göstəricilərin artması rəqabəti yüksəltsə də, keçid ballarında kəskin dəyişiklik olacağı gözlənilmir.

14 nəfərin yüksək nəticə göstərməsinə əsaslanaraq deyə bilmərik ki, ümumi göstəricilərdə də yaxşılaşma var. Nisbətən yaxşılaşma görünür. Çünki Dövlət İmtahan Mərkəzinin hazırladığı imtahan sualları ilə məktəblərdə keçirilən tədris proqramı arasında müəyyən qədər uyğunlaşma nəzərə çarpır. Əvvəlki illərdə isə DİM tədris proqramı əsasında imtahan suallarını hazırlasa da, bir qədər fərqli formatda təqdim edirdi”.

Ekspert bildirib ki, keçid balları haqda dəqiq fikir söyləmək üçün hələ tezdir:

“Yekun nəticələr blok imtahanlarından sonra daha çox aydın olacaq. Yalnız bu prosesdən sonra biz keçid balları və plan yerlərindəki gözlənilən vəziyyətlə bağlı dəqiq fikir səsləndirmək mümkün olacaq. Buraxılış imtahanlarının nəticələri yaxşı olsa da, bəlkə heç 400 ballıq blok imtahanında 1 nəfər də maksimum nəticə göstərə bilməyəcək, yaxud da əksinə. Ona görə hələ bu kimi ehtimalları fikirləşmək və düzgün məlumat vermək üçün çox tezdir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42