Çərşənbə axşamı, 30 Aprel

Yenə pandemiya, yenə Çin - virus müharibəsi...

image

Dünyada sanki virus müharibəsi ənənəsi formalaşdırılır. COVİD-19 virusunun Yer üzünə süni şəkildə yayılması iddiası kifayət qədər ciddi mənbələrdən təsdiqlənib. Ancaq bunu konkret kim yaydı, heç kim bunu demədi...

COVİD-19 bitər-bitməz artıq yeni pandemiyanın anonsu verilir. Bu virusun da Çindən başlayacağı qeyd olunub. Yəni hər şey hazırdır...

Çin coviddən sonra yeni bir infeksiyanın epimərkəzi ola bilər. ABŞ və Çin səhiyyə qurumları yeni müşahidələrdən sonra hesabat paylaşıblar. Bu dəfə epimərkəzi yenə də Çin ola biləcək “Superqonoreya” infeksiyası güclənib, pandemiya həddinə çata bilər. Artıq 13 əyalətdən götürülmüş bakteriya analizlərində qonoreya mövcud bütün antibiotiklərə qarşı 99% dözümlülük göstərib. Məhz Çindəki qonoreya superinfeksiya statusunu alıb. Çünki Avropa və Amerikadakı nümunələr 45% davamlılıq göstərib. Çin “superqonoreyası”nı məğlub edə bilən yeganə antibiotik “seftriakson”dur.

Amma Çində hətta buna belə yaxın vaxtlarda dözümlülük yarana bilər. O zaman məhz Çindən yeni bakteriya dünyaya yayılacaq. Qonoreya cinsi yolla ötürülür, ilk başda heç bir simptom vermir.

Bu açıqlamadan həm də belə nəticə çıxır ki, işin içində bu dəfə Çin özü də ola bilər. 

Dünyanı bundan sonra ancaq belə yaşayacağıq? Virus müharibələri ilə? Bu, qlobal güclərə nə qazandırır? 

Adil Qeybulla Əli İnsanovun partiyasına keçir? - AÇIQLAMA

Adil Qeybulla: “Qripin pandemiyaya səbəb olacaq mutagen forması yaranacaq”

Tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlamasında bildirdi ki, pandemiya infeksiyanın bir qitədən digər qitəyə keçidi ilə təsnif olunur. Professor vurğuladı ki, pandemiya epidemiyadan daha böyük anlayışdır: “Qlobal pandemiya isə bütün dünyanı əhatə edir. Çində yaranan bu infeksiyanın pandemiyaya gətirib çıxara biləcəyini düşünmürəm. Hər bir halda pandemiya sürətlə hava-damcı və fekal-oral yolla yayılan, su ilə də keçə bilən infeksiyaların olması deməkdir. "Superqonoreya" infeksiyası haqqında hələ ki müfəssəl məlumat yoxdur. Odur ki, qlobal pandemiyaya səbəb ola biləcəyi haqqında danışmaq üçün ciddi əsas lazımdır. Əlbəttə, hər bir hala hazır olmaq lazımdır. Biz onsuz da virus əsrində yaşayırıq. Bizi qarşıda qlobal qrip pandemiyası gözləyir. Nə zaman olacağını demək çətindir, lakin bu, elmi proqnozdur. Qrip virusu daşıyıcı virusdur, mutasiyaya uğrayır. Gələcəkdə sürətlə pandemiyaya səbəb olacaq mutagen forması yaranacaq. Digər “sürprizlər” də ola bilər. Hər zaman diqqətli olmaq lazımdır. Hər bir ölkə daxilində baş verənlərə diqqətlə yanaşmalıdır. Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatı da zamanında dəyərləndirmə aparmağı bacarmalıdır ki, koordinasiya proseslərində nəticə əldə etmək mümkün olsun". 

Eldəniz Əmirov: Dayanıqlı iqtisadiyyata nail olmaq üçün yaşıl enerjinin  tətbiqi böyük əhəmiyyət daşıyır - AZƏRTAC

Eldəniz Əmirov: “Pandemiyalar çirkli pulların yuyulmasına münbit şərait yaradır”

İqtisadçı ekspert Eldəniz Əmirov “Superqonoreya” infeksiyasının COVİD-19 kimi yayılma təhlükəsinin olduğunu düşünmür, çünki  iki xəstəliyin yayılma formaları fərqlidir. Ekspertin fikrincə, məqsədyönlü şəkildə yayılan xəstəliklər bilavasitə qəfil və daha sürətli olur: ""Superqonoreya" infeksiyasının qlobal əhəmiyyətə hesablandığını düşünmürəm. O cümlədən COVİD-19 qədər qlobal mənfi təsirlərinin olacağını da ehtimal etmirəm. Qlobal güclər virus müharibələrinin olmasında ona görə maraqlıdır ki, böhranlar kasıbları daha da kasıblaşdırır, varlıları isə daha da varlandırır. Bu, dövlətlərə də aiddir. Qlobal iqtisadiyyatda baş verən böhranlar, pandemiyalar və digər fors-major hallar güclü dövlətlərin mövqeyini daha da gücləndirir. Ciddi maliyyə itkisi olsa belə, strateji mövqe daha da güclənir. Zəif ölkələr isə sıradan çıxır. Böhranlar hərbi gücünə, strateji mövqeyinə arxalanaraq dünyada güc mərkəzi kimi görünə bilən, amma əslində zəif olan ölkələri təbii şəkildə sıradan çıxarır.  Biz sözlə, pandemiyalar güclü ölkələrə sərf edir".

E.Əmirov hesab edir ki, dünyada idarəedilməyən heç nə baş vermir: “Pandemiyalar çirkli pulların yuyulmasına münbit mühit yaradır.  Eyni zamanda insanlara nəzarət etməyin yeni mexanizmlərini ortaya çıxarır və nəzarəti gücləndirir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42