Bazar, 19 May

Dünyanın ən böyük təyyarəsi 2025-ci ildə istifadəyə veriləcək - Foto

image

Dünyanın ən böyük təyyarəsi "Airlander 10" 2025-ci ildə istifadəyə veriləcək.

Xəbər verilir ki, İngiltərədə “Hibrid” hava nəqliyyatı firması tərəfindən hazırlanan "Airlander 10"  yarı təyyarə, yarı hava gəmisidir və uzunluğu 92 metrdir. Bu indiyədək ən böyük sayılan Аn-224 "Мriya” təyyarəsinin uzunluğundan 8 metr artıqdır.

20 ton çəkisi olan uçuş aparatı 6 kilometr yüksəkliyə qalxa bilər. O, 5 gün ərzində göydə qala bilir və 10 ton yük daşımağa qadirdir.

Dünyanın ən böyük təyyarəsi əsasən lüks səyahətlər üçün nəzərdə tutulub. Burada 100-ə qədər sərnişinin rahat otura biləcəyi salon, rahat kabinələr,  xüsusi vanna otaqları olan dəbdəbəli yataq otaqları, müxtəlif içki və yeməklər təklif edəcək 18 nəfərlik bar-restoran var.

Beləliklə, çox geniş interyeri olan "Airlander-10" nun kabinəsi "Airbus A320"- dən də böyükdür.

Qonaqlar 50.000 funt ödəməklə "Airlander 10"  gəzintisindən zövq alacaqlar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41