Çərşənbə, 01 May

Erməni deputat işğala görə Moskvanı ittiham etdi - “Bizi buna təhrik edən Rusiya idi”

image

“Mən düşünmürəm ki, Azərbaycan xalqı sadəcə olaraq müharibə arzusundadır. Son sorğulara görə, azərbaycanlıların 78 faizi müharibənin əleyhinədir”.

Xəbər verilir ki, bunu Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Qaqik Melkonyan erməni mətbuatına açıqalamasında deyib.

Paşinyanın partiyasından olan deputatın dediyinə görə, hər zaman iki xalq arasında sülhün olmasına mane olan əsas qüvvə Rusiya olub: “Onlar sülh istəyir, biz də istəyirik. Ancaq burada başqa bir sual var. 1994-cü ildə biz qalib gəldik və sülhə getmək imkanımız oldu, amma bunu etmədik. Biz buna razı olmadıq, çünki Rusiya sülh istəmirdi. Bunun ardınca üç həmsədrin görüşləri keçirildi, onlar ildə 15-20 dəfə Bakıya, İrəvana gəlirdilər. 1997-1998-ci illərdə sülhün bağlanması üçün mərhələli və paket variantları təklif olunanda biz dərhal “bir qarış torpaq da vermərik” ideyasının tərəfdarı olduq. Bizi bir qarış torpağı da verməməyə təhrik edən kimdir? Təbii ki, Rusiya. O, bu məsələnin sülh yolu ilə həll olunmasını istəmirdi. Ondan sonra təkliflər oldu ki, biz onları əsasən qəbul etmədik. Biz istəmirdik ki, 2010-cu ilə qədər bu məsələ həll olunsun. Bundan sonra Rusiya Azərbaycanı silahlandırmağa başladı və 5 milyard dollarlıq silah satdı. Bakı silahları Pakistandan, İsraildən aldı və getdikcə güclənməyə başladı”.

Deputat iddia edib ki, bundan sonra sülhün imzalanması və 7 rayonun qaytarılması haqqında danışılanda artıq ermənilər razılaşıb, lakin Azərbaycan razılaşmayıb: “Kazandakı görüşdə Azərbaycan sülhə getmək istəmədi, çünki hərbi balans pozulmuşdu. Rusiya bütün bunlara görə məsuliyyət daşıyır, o, bu regionda sülh istəmirdi. Onu iki tərəfin mübarizəsi təmin edirdi, o, bundan ancaq qazanırdı”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42