Bazar ertəsi, 29 Aprel

Çindən Azərbaycana daha bir bəla gəlir - Koronavirusdan da dəhşətlidir

image

Çində yaranan “X” xəstəliyi təsəvvür etdiyimizdən də qorxunc və dəhşətlidir. Çinli epidemioloqlar “X” xəstəliyinin qarşısının alınmasının çətin olacağını bildiriblər. Həkimlərin qənaətinə görə, sözügedən xəstəliyin yaratdığı pandemiya riski qlobal iqlim dəyişikliyinin sürətlənməsi, insan fəaliyyətinin genişlənməsi və patogenlərin növlərarası ötürülməsinin artması və digər bu kimi amillərlə bağlı ola bilər. 

“X xəstəliyinin” ən mühüm xüsusiyyətləri yüksək patogenlik və yayılma sürətidir; xəstəlik asanlıqla mutasiyaya uğrayır. Bəs görəsən bu xəstəliyin Azərbaycanda yayılma riski varmı? Ümumiyyətlə, bu tip viruslara qarşı tədbirlər hansı dərəcədədir? 

Mövzu ilə bağlı infeksionist-həkim Ləman Qalimova açıqlamasında bildirib ki, bu cür xəstəliklərdən qorunmaq üçün ilk olaraq profilaktik qaydalara əməl etmək lazımdır: 

“X” xəstəliyi ümumiyyətlə konkret bir virus və ya xəstəlik deyil. Yaxın gələcəkdə yayılması gözlənilən hər hansı bir xəstəliyin şərti adıdır. Bu xəstəlik ola bilsin ki, hansısa virusun mutasiya olunmuş, ağırlaşmış formasıdır. Amma bu xəstəliklərin qorunmasında ilkin olaraq profilaktik qaydalara riayət etmək lazımdır. Əl gigiyenası, sosial məsafə, maskadan istifadə mühüm şərtdir. Düzdü, bizdə epidemioloji olaraq bütün tədbirlər görülür, ancaq hansı xəstəliyin bizə haçan gələcəyini öncədən müəyyən etmək mümkün deyil”. 

İnfeksionist Sadiqə Əliyeva hava-damcı infeksiyalarının hər zaman təhlükəli olduğunu diqqətə çatdırıb: 

“Əgər bu xəstəlik qonşu ölkələrin hər hansı birində özünü göstərsə, o zaman bizdə olma ehtimalı əlbəttə ki, yüksəlir. Ancaq hələki qonşu ölkələrin heç birində hansısa intensiv yoluxma ilə bağlı məlumat yoxdur. Bu viruslar hava-damcı infeksiyasıdır və bu cür virusların yayılması sürəti hər zaman yuxarı olur. Xəstəliyi yüngül və ağır keçirmək üçün əvvəlcədən hansısa tədbirin görülməsi mümkün deyil. Hər bir insan xəstəliyi fərdi keçirir. Əsas olaraq qidalanmaya fikir verməklə və immuniteti artırmaqla ağırlaşmanın qarşısını almaq olar. Əlavə olaraq qeyd edim ki, bu cür viruslar payız-qış aylarında nisbətən daha çox yayılır”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42